İran

BMT İrandan atom proqramı ilə bağlı narahatlıqlara cavab verməsini tələb etdi

"Aznews tv" xəbər verir ki, Birləşmiş Millət Təşkilatının Əmniyət Şurası dünən 2231 saylı qətnamə və İrana dair məsələlərlə bağlı iclas keçirib.

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin nümayəndəsi Əmniyət Şurasının dekabrın 14-də baş tutan iclasında İrandan bu ölkənin atom proqramı ilə bağlı narahatlıqlara cavab verməsini tələb edib.

“Aznews tv” xəbər verir ki, Birləşmiş Millət Təşkilatının Əmniyət Şurası dünən 2231 saylı qətnamə və İrana dair məsələlərlə bağlı iclas keçirib.

Birləşmiş Millətlər baş katibinin siyasi məsələlər üzrə müavini Rose Marie Di Karlo, habelə İranı atom anlaşmasında öz öhdəlikləri ilə üst-üstə düşməyən addımlardan çəkinməyə çağırıb.

BMT nümayəndəsinin sözlərinə görə, sözügedən təşkilat Ərəbistan və İsrail tərəfindən irəli sürülən məlumatları araşdırır.

Xatırladaq ki, bu məlumatlarda İranın raket və insansız uçaqlarını sözügedən ölkələrə qarşı istifadə etdiyi qeyd olunub.

O, sonda vurğulayıb ki, İranda zənginləşdirilmiş uranın miqdarı atom anlaşmasında müəyyən ediləndən dəfələrlə çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button