Azərbaycan

KORONAVİRUS AZALDI, İKİTƏRƏFLİ GÖRÜŞLƏR BAŞLANIR

Azərbaycanla 380 kilometr ümumi mərzi olan Ərdəbil ustanı bu ölkə ilə yanaşı, Qafqaz bölgəsi, Rusiya və Orta Asiya ölkələri ilə də iqtisadi həmkarlıq üçün zəngin potansiələ sahibdir və qonşu ölkə ilə bir sıra birgə iqtisadi tərhlər bu həmkarlıqda əlverişli durumlar yaradıb və nəticədə ustanın iqtisadi tərəqqisi təmin edilib.
Ərdəbil ustanı ilə Azərbaycan arasında dəmiryolu xətti, yük terminalı və birgə sənaye şəhərciyinin istifadəyə verilməsi İranın yüksək məsul şəxsləri ilə Azərbaycan məqamları arasında razılaşdırılan mühüm iqtisadi tərhlərdən biridir, hansı ki, həmin tərhlərlə bağlı bir sıra ilkin addımlar da atılıb.
Koronavirus mərizliyinin yayılması Azərbaycanla müzakirələrdə və birgə iqtisadi tərhlərin həyata keçirilməsində qısa müddətə gecikməyə səbəb olsa da, bu yaxınlarda Ərdəbil ustandarı Azərbaycan məqamları ilə birgə iqtisadi tərhlərin icrasına başlamaq üçün danışıqların və görüşlərin yenidən başlandığını açıqlayıb.
Əkbər Namcu, “Koronavirusun yayılması ilə bağlı iki ölkənin mərz bölgəsində İran- Azərbaycan birgə sənaye şəhərciyinin yaradılması ilə bağlı ikitərəfli görüşlər təxirə salınıb ki, yaxın gələcəkdə bu görüşlər, həm də iqtisadi rəvabit yenidən ehya ediləcək.
Koronavirusun ölkəmizdə və Azərbaycanda azalma meyli müşahidə edildiyi üçün, artıq qonşu ölkənin rəsmi məqamları ilə birgə görüşlər keçirəcəyik”,-deyə məlumat verib.

Related Articles

Bir cavab yazın

Back to top button