İqtisadiyyatİranSağlıq & Yaşam

Koronavirus səbəbilə Qərbi Azərbaycan gömrüklərinin gəliri azalıb

Qərbi Azərbaycan gömrüklərindən ən çox sadirat yüzdə 73 olmaqla Türkiyəyə, daha sonra isə Çinə gerçəkləşdirilib. Bu barədə Qərbi Azərbaycan gömrüklərinə nəzarətçi Tohid Azərbud bildirib. Onun sözlərinə görə, bu ilin 10 ayında əyalət gömrüklərinin gəliri 4 milyon 498 min 322 milyon rial olub. Azərbud bu rəqəmin ötən ilin eyni dövründə 5 milyon 503 min 356 milyon riala bərabər olduğunu deyib. Ancaq koronavirusun yayılması əyalət gömrüklərinin gəlirinin yüzdə 18 azalmasına səbəb olub. Məlumata görə, gəlirlərin yüzdə 56-sı Bazərqan gömrüyünün payına düşür. 929 min 47 milyon rial gəliri olan Xoy və Razi gömrükləri isə ikinci yerdə qərarlaşıb. Məlumata görə, sözügedən gömrüklərin gəlirləri bu il yüzdə 3 artıb. Tohid Azərbud Sero gömrüyünün gəlirlərdə payının yüzdə 9 olduğunu bəyan edib. Xana, Sarıdaş və Savucbulaq gömrüklərinin gəlirisi isə az olub. O, Qərbi Azərbaycan gömrüklərindən sadirat edilən ölkələr arasında Çin, Ekvador, İraq, Alman, İtaliya, İmarat, Hindistan, Rusiya və Panamanın adını çəkib. Ölkəyə əsas varidat olunan mallar isə təzə yaşıl moz, bəzi treylerlərin qətəatı, dəmir və ya poladdan reyil, bolbrinq, beton tulumbaları, pambıqdan parçalar, alüminium alyajalarıdır.

Related Articles

Bir cavab yazın

Back to top button