Dünya

Koronavirusdan ölənlərin sayı 1,8 milyonu ötdü

Dünyada son sutka ərzində 470 min 46 nəfər yeni növ koronavirusa yoluxub.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 81 milyon 947 min 503 nəfərə çatıb.

Son 24 saatda 9921 pasiyent koronavirusdan həyatını itirib. Bununla pandemiya qurbanlarının sayı 1 milyon 808 min 41 nəfərə yüksəlib.

Xatırladaq ki, ÜST-nin məlumatları yalnız rəsmi rəqəmlərə əsaslanır.

Related Articles

Bir cavab yazın

Back to top button