İran

Koronavirusun Qərbi Azərbaycan vilayətində turizmə təsiri

Koronavirus Qərbi Azərbaycan turizminə 1 124 milyard rial zərər vurub. Bu barədə Qərbi Azərbaycanın Fərhəngi Miras, Əl Sənayesi və Turizm Sazimanının baş müdiri Cəlil Cabbari məlumat verib. Onun sözlərinə görə, koronavirusun yayılması ilə hotellərin çoxu bağlanıb. Həmin məbləğdən turizmə 538 milyard rial, sərmayə yatırımı üzrə 500 milyard rial, əl sənayesi və fərhəngi miras sahəsi üzrə isə məbləğin qalanı qədər xəsarət yetirilib.
Cəlil Cabbari bildirib ki, həmin miqdarda xəsarət ötən ilin isfəndindən indiyədək hotel sahiblərinə, səfəretmə ajanslarına, yerli gəzinti üzrə ajanslara, turizm təhsili və bələdçilərinə yetirilib. Qurum rəsmisi habelə ustanda turizmin gəlişdirilməsində özəl bəxş sərmayəçilərinin lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button