İran

Koronavirusun turizm sektoruna vurduğu ziyan

“Ötən ilin isfənd ayından koronavirusun yayılmağa başlaması ilə turizm sahəsinə ciddi ziyan dəyib. Belə ki, virusun yayılmasından sonra ölkələr tərəfindən səyahətlərlə bağlı məhdudiyyətlər tətbiq olunub. Şərqi Azərbaycan da bu məsələdən kənar qalmayıb”. Bu fikirləri Şərqi Azərbaycanın Fərhəngi Miras Baş İdarəsi Turizm Bölməsinin başçısı Əlirza Bayramzadə səsləndirib. O, hotellərin fəaliyyəti ilə bağlı açıqlama verib. Bildirib ki, Hoteldarlar Camiəsinin çabası nəticəsində əyalət hotellərinin heç biri bağlanmayıb. Məhdudiyyətlərə baxmayaraq, sağlıq protokollarını riayət etməklə fəaliyyət göstəriblər.
Bayramzadənin sözlərinə görə, turizm təsisatları sağlıq protokollarını daha çox riayət ediblər. Turizm Vizarəti Sağlam Səfər Protokolunu hazırlamağa başlayıb. Amma qanuna əsasən, bütün idarələr Koronavirus Sitadının bəlli etdiyi qaydaları riayət etməlidir.
Əlirza Bayramzadə koronavirusun restoranlara vurduğu ziyanlar barədə bildirib: “Restoranlar işçilərin sayının yüzdə 50-dək azaldılması şərti ilə fəaliyyət göstərə bilərlər. Şərqi Azərbaycanda qırmızı durum şəraitində restoranlar çalışmayıb. Başqa durumlar zamanı turizimlə bağlı restoranlar fəaliyyət göstərib. Amma restoranlara gələnlərin sayı çox az olub. O, Əyalətin Hoteldarları Camiəsinə dövlətin himayələri barədə də açıqlama verib. “Koronavirusla Milli Mübarizə Sitadı onlara ilin birinci və ikinci yarısı üçün təshilatın verilməsini nəzərə alıb. Birinci təshilat personelin sayına əsasən ödənilib. İkincisinin ödənilməsi isə Kaara Sistemi vasitəsilə icra olunur. Təshilatın geri ödəniş vaxtı 1400-cü ilin ordibehişt ayına kimi dayandırılıb. Habelə turizm təsisatının su, elektrik və qaz vergisinin ödənilməsi bu ilin sonuna kimi təxirə salınıb. Qərara alınıb ki, personel üzrə sahibkarın bimə öhdəliyi xərcini dövlət ödəsin. Turizm Vizarətinin ixtiyarında olan məkanlar icarə haqqını ödəməkdən maaf olunub. Fəaliyyət pərvanələrinin vaxtı ilin sonuna kimi uzadılıb”,-deyə Bayramzadə qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button