Dünya

KOZOVO “HİZBULLAH”IN SİYASİ QANADINI “TERROR” LİSTİNƏ SALDI

Kozovo baş vəziri ölkəsinin ümumi razılıqla Lubnanın “Hizbullah” qrupunun nizami və siyasi qollarını terror təşkilatları listinə saldığını açıqlayıb.
Baş vəzir Abdullah Huti bu barədə Tvitter hesabında yazıb.
“Kozovo dövləti “dünyada sülh və əmniyətin” yaradılması üçün bütün dünya tədbirlərini himayət edir. Beləliklə, bu gün biz həmfikir olaraq Hizbullah təşkilatını, onun siyasi və nizami qollarını Kozovo Cumhuriyyətində terror təşkilatı elan etmək təsmimi tutduq!” – deyə qeyd edib.
Hizbullahın həm nizami, həm də siyasi qanadını “terror təşkilatı” elan etmək önərisi Kozovonun xarici işlər vəziri Meliza Haradinaj tərəfindən irəli sürülmüşdü.
O, bu təsmimin Kozovonun milli mənafeyini qorumaqla yanaşı, “bölgəsəl və dünya əmniyəti” maraqlarına da cavab verdiyini vurğulayıb.
Xatırladaq ki, keçən il Kozovo dövləti Hizbullahın nizami qanadını “terorçu” təşkilatlar listinə salıb.

Related Articles

Bir cavab yazın

Back to top button