Dünya

“Kreml 2024-cü ildə Rusiyada baş tutacaq prezident seçkiləri ilə bağlı narahatdır”-ABŞ İnstitutu

“Kreml 2023-cü ilin sentyabrında keçiriləcək regional seçkilər və 2024-cü ildə Rusiyada baş tutacaq prezident seçkiləri ilə bağlı getdikcə daha çox narahat olmağa başlayıb”. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb

Bildirilib ki, hakimiyyət Rusiya elektoratının müharibəyə münasibətinin yaxşı olmadığına görə qorxuya düşüb: “Yerli mənbələr iddia edirlər ki, Rusiya Müdafiə Nazirliyinin hərbi xidmətə maksimum çağırış yaşının 27-dən 30-a qədər artırılması təşəbbüsü Kreml rəsmiləri arasında qızğın müzakirələrə səbəb olub.

Rusiya Təhlükəsizlik Şurası bu təşəbbüsün ictimai rezonans doğuracağından və Prezident Vladimir Putinin reytinqinə təsir edəcəyindən narahatdır. Ona görə də Təhlükəsizlik Şurası Müdafiə Nazirliyinin bu təklifini dəstəkləmir. Putin isə müdafiə naziri Sergey Şoyqunun əsgər çatışmazlığı ilə bağlı arqumentlərini dinlədikdən sonra bu təklifə müsbət münasibət bildirib”.

Qeyd olunub ki, gələcəkdə Rusiyada yeni səfərbərlik dalğası da elan oluna bilər: “İddia olunur ki, Rusiya hakimiyyət orqanları kifayət qədər müqaviləli hərbçiləri işə götürməsə, bu il sentyabr ayının ortalarında yeni səfərbərlik dalğası başlaya bilər.

Rusiya qüvvələri hazırda bir neçə istiqamətdə genişmiqyaslı hücum etmək üçün kifayət qədər canlı qüvvəyə malik deyil.

Növbəti səfərbərlik dalğası Rusiyanın döyüş bacarığına müsbət təsir edə bilər”. (report)

Related Articles

Bir cavab yazın

Back to top button