İran

“Krım konqo” virusu Qəzvini təhlükə ilə üz üzə qoydu!

Qəzvin şəhərinin Maldarlıq şöbəsinin müdiri Krım Konqo qızdırmasının Qəzvində yayılması barədə xəbərdarlıq edib. Mehdi Celuxaninin sözlərinə görə, Krım Konqo qızdırması, insanlarla mal-qara arasında yayılmış ortaq virus mərizliyidir. Yoluxmuş mal əti ilə təmasda olan insanlara keçdiyi bildirilib. “98-99 ili, yağışın bol yağması ilə çeşidli bitkilərin bitməsi, uyğun hava şəraiti, dəridə ağartma kimi xarici əngəlləri özəlliklə gənələri artırıb. Bu gənə CCHF virusunun daşıyıcısı ola bilər” – deyə o, bildirib.

Qeyd olunub ki, Krım-Konqo təbinin yoluxmuş heyvanlarda əlamətləri görünmür. “İnsanlar ənənəvi olaraq evdə mal-qaranın kəsilməsinin qarşısını almalıdırlar. Çünki bütün yoluxmuş heyvanın axıntıları və tərəşşühləri virusla çirklənmişdir” deyə Celoxani əlavə edib. Özəl və dövlət qurumları arasındakı qarşılıqlı əməkdaşlığı vurğulayaraq bildirib ki, Kuştarqahlarda bütün kəsmə prosesləri, bu mərkəzlərdə yerləşən özəl qurumların, həmçinin heyvan həkimi mütəxəssislərinin tam nəzarəti altında aparılır.

Habelə, müctəmə mütəxəssisləri tərəfindən yoxlanılması və dövri olaraq sağlamlıq baxışları üçün raporlar heyvan həkimi idarəsinə göndərilir.
Məlumata görə, virusları aradan qaldırmaq üçün kuştarqahlarda heyvan cəsədləri 24 saat öncədən soyuq salonda saxlanılır. Qeyd edək ki, mal-qara yerlərindəki gənələri aradan qaldırmaq üçün həmin yerlərdə icazəsiz get- gəldən çəkinmək lazımdır. Bu yolla mərizliyə qarşı mübarizə aparmaq olar. Celoxani mal-qara saxlayanlara da müraciət edib. Belə ki, insanlar heyvanın bədənində gənələrin olduğunu görsələr, onları əzməkdən çəkinməli və xüsusi maqqaşlarla heyvanın bədənindən ayırmalıdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button