Dünya

KTMT-nin operativ monitorinq qrupu Ermənistana gəlib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş qərargahının operativ qrupu Ermənistana gəlib.

Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat verilib.

Operativ qrupa KTMT-nin Birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov rəhbərlik edir. Qrup Ermənistan-Azərbaycan sərhədində monitorinq aparacaq.

Dünən A.Sidorov müdafiə naziri Papikyanla görüşüb.

Yaxın günlərdə operativ qrup gərginlik baş vermiş rayonlara səfər edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button