Dünya

Latviyada anadan olan əcnəbilərin övladlarına avtomatik vətəndaşlıq veriləcək

Latviyada əcnəbi vətəndaşların dünyaya gələn övladlarına avtomatik ölkə vətəndaşlığının verilməsi barədə qanun yanvarın 1-dən qüvvəyə minib.

APA-nın xəbərinə görə, bu barədə Latviyanın hüquqi aktlar portalı məlumat yayıb.

Latviya Prezidenti Eqils Levits noyabrın 5-də Seymdə qəbul edilmiş qanunu imzalayıb.  1 yanvar 2020-ci ildən qüvvəyə minmiş qanuna əsasən, əgər valideynlər digər ölkəni seçməsələr, körpəyə avtomatik Latviya vətəndaşlığı veriləcək. Bundan əvvəl qüvvədə olmuş qanuna əsasən, əgər xarici ölkə vətəndaşı olan valideynlərdən biri istəyərdisə, körpəyə Latviya vətəndaşlığı verilə bilərdi.

Related Articles

Bir cavab yazın

Back to top button