İran

Təbri̇zdə qanunsuz ti̇ki̇li̇ problemi̇

Təbrizdə qanunsuz ev tikən şəxslərin sayı artıb. Bu durumun qarşısını alınmaq üçün işlər görülməlidir. Bu fikirləri Təbrizin Şəhər Yaşam Çevrəsi və Xidmətləri Komisionun rəisi Abdulla Tağıpur səsləndirib. O, icazəsiz tikililərin təhlükəli və dözümsüz olmasına diqqət çəkib. Bu məsələnin şəhər müdiriyyətini düşündürən başlıca məsələyə çevrildiyini deyib. Tağıpur bu işlə məşğul olanların keçid yolları üçün də müşküllər yaratdığını vurğulayıb. Təbrizin İslami Şəhər Şurasının üzvü Səid Niku Xislət də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, çətin iqtisadi şərait işsizliyin artmasına və tikinti sahəsində pozuntulara yol açıb. Təbrizin İslami Şəhər Şurasının başqa üzvü Məhərrəm Məhəmmədzadə də bu barədə danışıb. “İnkişaf etmiş ölkələrdə hətta bir kərpicin belə harada yerləşəcəyi tikintinin əvvəlindən sonuna kimi bəlli edilir. Nəticədə həmin ölkələrdə pozuntular baş vermir. Məsələnin həll yolları şəhrdari sistemində icra olunmalıdır”,-deyə o, qeyd edib. Şərqi Azərbaycanın Ümumi və İnqilab dadsitanı Babək Məhbub Əlilu bildirib ki, məhkəmə təşkilatı icazəsiz tikintilərin qarşısını almaq üçün həmkarlığa hazırdır.

Related Articles

Bir cavab yazın

Back to top button