Azərbaycan

Lindsi Snell “Həmzə” briqadasının Azərbaycana göndərildiyini iddia edib

Bu günlərdə Suriyanın quzeyundən Türkiyənin dəstəklədiyi “Həmzə” qoşununun minə yaxın döyüşçüsünün Azərbaycana yola salınmaq üçün “hazır vəziyyətdə olduğu” barədə doğru olmayan məlumat yayılıb. Bunu sosial şəbəkələrdə paylaşıma buraxanın amerikalı araşdırmaçı juralist Lindsi Snell olduğu bəlli olub.
Bildirək ki, bu xəbər Azərbaycan rəsmi orqanları tərəfindən qəti şəkildə təkzib edilib. Arxasında ermənistanın dayandığı heç bir şübhə doğurmayan bu doğru olmayan məlumatı tvitterdə yayan Lindsi Snell Amerikanın Florida əyalətindədir. Sosial media profilində göstərdiyi kimi Floridada Fordham danişgahını bitirib. Özünü müstəqil videojurnalist kimi tanıdıb və İstanbulda yaşayıb. Lindsi Snell müsəlmanlığı qəbul edib, çünki əri müsəlmandır. O, Suriyada və başqa münaqişə məntəqələrindən videoreportajlar hazırlayaraq bir sıra Amerika və ərəb mediasında yayıb.
2016-cı ildə Lindsi Snell Suriyanın quzeyində “Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlıları tərəfindən oğurlanıb. Özünün bildirdiyi kimi, iki ay zirzəmidə saxlanılıb. Daha sonra mərzi qeyri-qanuni keçərək Türkiyəyə daxil olduğu üçün bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən Hatay vilayətində saxlanılıb. İki ay sonra azadlığa buraxılıb.
Lindsi Snell Türkiyə və bu ölkə hakimiyyəti əleyhinə reportajları ilə tanınır. O, Türkiyənin “Əl-Qaidə”yə bağlı yaraqlıları Libiyə göndərməsindən də bəhs edib. Xüsusi xidmət orqanlarının təsiri altında olduğu ehtimal edilən bu jurnalist sonuncu dəfə septambrın 21-də “Həmzə” qoşununun hansısa döyüşçüsünün “qardaşından” aldığı məlumatı tirajlayıb. Bu qruplaşmanın döyüşçülərinin Azərbaycana göndərilmək üçün otobuslarla Türkiyəyə keçdiyini yazıb. Onun yalan məlumatını dərhal Gevorg Almasyan adlı erməni yayımlayıb. O, Türkiyənin “Ermənistana qarşı döyüşmək üçün Azərbaycana suriyalı muzdluları göndərməyə hazırlaşdığını” iddia edib.

Related Articles

Bir cavab yazın

Back to top button