İqtisadiyyat

İranın neft ixracatı artıb

Amerikanın təhrimlərinə zidd olaraq septambrda İranın neft sadiratı sürətlə artıb. Həmin rəqəmlər gündəlik 400 min -1.5 milyon boşqa arasında dəyişir. Bu da daşınan məhmulələrin izlənilməsində çətinliyin olduğunu göstərir. Bu barədə “Reuters” “Tanker Tackers” və neft tankerlərini izləyən başqa iki şirkətə istinadən məlumat verib. “TankerTrackers”in bilgiləri göstərir ki, qeyd edilən miqdarda neft sadiratı aqusta nisbətən iki qat daha çox olub. Onun təqribən yüzdə 11-ni meyanat adlanan yüngül neft təşkil edib. Xatırladaq ki, Amerika 2018-ci ildə İranla atom anlaşmasından çıxıb. Təhrimlərin geri qayıtmasından sonra İranın neft sadiratı gündəlik 2,5 milyon boşqadan az olub. Bununla belə İran hələ də təhrimlərdən yan keçərək neft sadiratını davam etdirməyə çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button