İran

Livan prezidenti Qasım Süleymaninin qızına vətəndaşlıq verdiyini açıqladı

Livan mediası prezident Mişel Aunun avqustun 24-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin öldürülən komandanı Qasım Süleymaninin qızı Zeynəb Süleymaniyə Livan vətəndaşlığı verilməsi ilə bağlı mübahisəli sərəncamı barədə məlumat yayıb.

Xəbərin Livan mediasında dərc olunması sosial media istifadəçilərinin tənqidi reaksiyalarına səbəb olub.

Qeyd edək ki, Zeynəb Süleymani “Hizbullah” silahlı qruplaşmasının təşkilati iyerarxiyasında ikinci şəxs olan Haşim Səfiəddinin oğlu Rza Səfiəddin ilə evlidir.

Zeynəb Süleymaniyə Livan vətəndaşlığının verilməsinə etiraz edən sosial şəbəkə istifadəçiləri ölkələrin öz vətəndaşlığını dünyanın əksər dövlətlərində terrorçu kimi tanınan şəxsin qızına deyil, adətən elm adamlarına, sənətçilərə, ziyalılara, həkimlərə verdiyini bildiriblər.

Zeynəb Süleymani: “Hizbullah”ın qızı

Qeyd edək ki, Zeynəb Süleymani 2020-ci ilin yanvarında Bağdad hava limanı yaxınlığında Amerika dronunun hücumu nəticəsində öldürülən SEPAH-ın Qüds qanadının komandiri və atası Qasım Süleymaninin ölümündən sonra ilk dəfə mediada görünüb.

Qüds qüvvələrinin komandiri öldürüldükdən sonra Zeynəb Livanın “Hizbullah” qruplaşmasının baş katibi Həsən Nəsrullahla görüşü zamanı ondan atası Qasım Süleymaninin qisasını almasını istəyib.

https://bit.ly/3A24GfF

Related Articles

Bir cavab yazın

Back to top button