Dünya

Lloyd Ostin ilə Məhəmməd Bin Salman arasında telefon danışığı olub

Amerikanın Difa vəziri Lloyd Ostin ilə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığı olub. Bu barədə Amerika Difa Vəzirliyindən bilgi verilib. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri və bölgədəki son durumu müzakirə ediblər. Telefon danışığı zamanı İranın bölgədə barış və sabitliyə təsir göstərən fəaliyyət planı ətrafında da fikir mübadiləsi aparılıb. Pentaqon başçısı Lloyd Ostin bildirib ki, Amerika və Səudiyyə Ərəbistanı İranın sabitliyə təhdid olan addımlarına qarşı mütəşəkkil fəaliyyət göstərir. Səudiyyə Ərəbistanı rəsmisi Məhəmməd bin Salman amerikalı həmkarının ikitərəfli stratejik əməkdaşlıq münasibətlərində önəmli rol oynadığını vurğulayıb. Habelə bölgəsəl əmniyyətin və sabitliyin qorunmasının önəmi qeyd edilib.
Lloyd Ostin Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını qınayıb və Amerikanın mərzlərini qorumaqda Ərəbistana yardım edəcəyini deyib.
Qeyd edək ki, Tehran hakimiyyəti Orta Şərqdə öz nüfuzunu artırmaq üçün uzun müddətdir ki, bölgənin barış və sabitliyinə təhlükə yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button