İran

Təbrizin Şairlər Məqbərəsinin hazırkı durumu

Şərqi Azərbaycanın Fərhəng və İslami İrşad Baş İdarəsinin müdiri İslami Şura Məclisinin rəyasət timinin üzvü Ruhulla Mütəfəkker Azad ilə görüşüb. Seyid Qasım Nazimi hünər və fərhəng simgəsi sayılan Şairlər Məqbərəsi barədə tərhin tamamlanması üçün göstəriş verilməsini istəyib. O, Azərbaycanın fərhəngi abidəsinin bu kimi yanaşmaya layiq olmadığını deyib. Məclisin rəyasət timinin üzvündən fərhəngi sahə üzrə əyalətə ayrılan büdcənin artırılmasını istəyib. Bu məqsədlə Təbriz və əyalətin məclis nümayəndələrinin işbirliyi etməsinin vacibliyini vurğulayıb. Beləliklə, Şairlər Məqbərəsinin ümran əməliyyatının sürətlənə biləcəyini diqqətə çatdırıb. Nazimi çağdaş Hünərlər Muzəsi, Taları tərhi, habelə əyalətdə tikilməkdə olan müctəmələr üçün də müvafiq büdcə ayrılmasınının vacibliyindən söz açıb. Görüş zamanı koronavirusun hünərməndlərin fəaliyyətinə göstərdiyi təsirlərlə bağlı fikir mübadiləsi aparılıb. Mütəfəkker Azad bu müşküllərin məclisin və İrşad Vizartinin vasitəsilə həll edilməsi üçün çalışmalar aparılacağını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button