Dünyaİran

Londonda Rəisinin anım mərasi ləğv edildi- Etiraz aksiyası keçirildi

Britaniyanın paytaxtı Londonda İbrahim Rəisi və başqa helikopter qəzası qurbanları üçün keçirilməsi planlaşdırılan anım mərasimi ləğv edilib.

Bu barədə Britaniya mediası məlumat yayıb.

Bununla yanaşı radikal islamçılar və İran hakimiyyəti tərəfdarlarının məsələ ilə bağlı təbliğat kampaniyaları da dayandırılıb.

Bununla eyni vaxtda Britaniyada yaşayan bir qrup iranlı Tehranın Londondakı səfirliyi qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Etirazçılar “Xaməneiyə ölüm”, “Rəisiyə lənət” şüarları səsləndirib, əllərində Rəisinin helikopterinin düşməsini simvolizə edən helikopter formasında şarlar tutublar.

Qeyd edək ki, mayın 24-də Britaniyada yaşayan iranlı müxalifələr, Tehran rejiminə bağlı qrupun Rəisinin yas mərasimini keçirməsinə etiraz ediblər.

Yas təşkilatçılarının müxaliflərə hücumu nəticəsində 4 nəfər yaralanaraq xəstəxanaya köçürülüb.

Bu, insan haqları təşkilatları və mədəni fəalların Britaniya hökumətini tənqid etmələrinə səbəb olub.

Onlar Londondan İranın siyasi-ideolojik təbliğatının bir hissəsi olan bu tip yas mərasimlərinin keçirilməsinin qarşısını almağı tələb ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button