İran

Loristan əyalətinin əhalisi baxımsızlıqdan əziyyət çəkir

Loristan Ustanın Polduxtər şəhristanın telefon və internetinin 8 saatdan çox kəsilməsi əhalinin etirazına səbəb olub.
Polduxtər Şəhristanı Müxabirat Şirkətinin rəisi Nurbəxş Əxlaqi cümə günü bu barədə açıqlama verib. “Bu kəsintilər G3 şəbəkəsində və bir sıra G2 təsisatında pozuntulara görə olub. Əsas səbəbi isə bir peymankar qaz şirkətinin Zanugə üçyolunda fəaliyyətinə görə yaranıb. Loristan bölgəsinin Müxabirat İdarəsinin fənni timləri yaranmış müşkülü qaldrıblar. Dünən saat 23:30-da bu şəhristanın irtibatları yenidən qurulub”, – deyə bildirib.
Artırmalıyıq ki, Loristan Ustanındakı lorlar İran dövlətinin asimilasion siyasətinə, baxımsızlığına və ayrıseçkiliklərinə məruz qalır. Ustanın mərkəzi Xürrəmabad şəhəridir. Loristan ustanı fars ustanlarla tutuşduranda baxımsızlığa görə gündən günə geriləyən qeyri-fars ustanlar sırasındadır. Bu ustan da İran dövlətinə qarşı milli hüquqlarının əldə olunması üçün milli fəalları tərəfindən mübarizə edir. Loristan ustanı İran adlanan ölkənin qərbində yerləşir. Son amara görə bu ustanın cəmiyyəti 1 miyon 800 min hüdudundadır. Loristanda Lorlarla birgə Qaşqay Türkləri, Azərbaycan türkləri, və Ərəblərdə yaşayırlar.

Related Articles

Bir cavab yazın

Back to top button