İran

Amerikanın İrana məhsul ixracında azalma var

Amerikanın bu ilin ilk 6 ayında İrana 21 milyon dolara yaxın sadiratı olub. Bu barədə Amerikanın Aamar Mərkəzinin yeni raporunda bildirilir. Belə ki, ölkənin İrana sadiratında ötən ilin eyni dövrü ilə nisbətdə yarıdan çox azalma olduğu açıqlanıb. Həmin dövrdə Amerika İrandan 3 milyon dolarlıq məhsul varid edib. Amerikanın İrana əsas sadiratına tibbi təchizat, dava və ərzaq məhsulları olub. Bildirməliyik ki, təhrimlərdən öncəki dövrdə sadiratda fərş, püstə və yemək məhsulları əsas yer tuturdu. Ancaq Amerika İrandan fərş varidatını daha qadağan edib. Amerikanın rəsmi a:marı İranın ölkəyə sadiratının yüzdə 87-sinin fevriyedə gerçəkləşdirildiyini göstərir. Avril və mey ayında isə İrandan Amerikaya sadirat sıfıra bərabər olsa da, başqa aylarda bu həcm çox aşağı həddə çatıb.
Keçən il culay, avril, out və ilin son üç ayında İranın Amerikaya sadiratı baş olmayıb. Keçən il Amerikanın İrana ümumi sadiratı 77 milyon dolara yaxın olub. Varidatın dəyəri isə 1.4 milyon dolar təşkil edib. 2018-ci ildə Amerikanın İrana sadiratı 426 milyon dolar, varidatı isə 70 milyon dolar olub.

Related Articles

Bir cavab yazın

Back to top button