Dünya

Lübnanın Milli Məclisi, Nəcib Miqatinin dövlətinə etimad rəyi verib

Lübnanın Milli Məclisi, Şəhrivər ayının 29-u Nəcib Mikatinin irəli sürdüyü dövlətinə etimad rəyi verib. Nəcib Miqati tanınmış siyasətçi və uluslararası təcrübəli tacirdir, ötən illərdə bir dəfə də bu ölkənin baş vəziri olub.

Lübnanın Milli Məclisinin 128 üzvündən 85 nümayəndə dövlət üzvlərinin, o cümlədən baş vəzir və müavinləri və önərilmiş 22 vəzirin hamısına etimad rəyi veriblər.

Nəcib Miqatinin sözlərinə görə, onun yeni dövlətinə etimad rəyinin verilməsi ilə ötən 40 ildə Lübnanın ağır iqtisadi durumu yaxşılaşacaq və ölkənin böyük həll olunmayan müşkülləri vaxt ötdükcə qaldırılacaq.

Bildirək ki, bu ölkədə böyük siyasi durğunluğa görə yeni kabinənin irəli sürülməsi 13 aydan çox uzanmışdır.

Amerika və Avropa Birliyi vurğulayıb ki, Lübnanda sübatlı bir dövlətin işləməyə başlaması ilə bu ölkəyə ciddi yardımlar edəcəklərini düşünüb araşdıracaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button