İran

Milli faəalların ərdəbildə məhkəməsi

Azərbaycan ordusuna dəstək mitinqində tutulan fəalların məhkəməsi keçirilib

Şəhrivərin 29-da Ərdəbil İnqilab Məhkəməsində bu şəhərin Ciral Parkında İranın Ermənistana yardımına qarşı keçirilən etiraz mitinqi çağı tutulan 12 azərbaycanlı fəalın məhkəməsi keçirilib.

29 şəhrivər, duzgünü Ərdəbil İnqilab Məhkəməsinin ikinci şöbəsində Qa:zi Qədiminin başçılığı ilə azərbaycanlı mədəni fəallar Əsgər Əkbərzadə, Pərviz Siyabi Gərcanlı, Ha:med Heydəri Baris Əli və Bəhmən Xeyrcudur Xızrabadi, Meysəm  və Səccad Colani Ocaq, Murtaza, Müctəba və Mustafa Pərvin, Mehdi Huşmənd, eləcə də Subhan Bəxşi-ə qarşı irəli sürülən ittihamların bir qisminə baxılıb.

Məhkəmədə azərbaycanlı fəallar onlara qarşı irəli sürülən “İran rəhbəri Əli Xa:məneiyə tohin ” və “milli əmniyətə qarşı toplaşma və əlbirolma” ittihamlarından özlərini müdafiə edərək bildiriblər ki, əmniyət orqanları məhkəmə qurumundan alət kimi istifadə edərək, əmələn yalan ittihamlar irəli sürüb və məsələnin mahiyyətini təhrif edib.

Bildirək ki, bu pərvəndənin başqa qismində adları çəkilən fəallar 1399-cu ilin mehr ayının 4-ü saat 11:00-da “hayküy və qalmaqal yaradaraq ictimai nəzmi pozmaq” və “vəzifəsini yerinə yetirən polis məmurlarının əmrinə tabe olmamaq” ittihamları ilə Ərdəbilin iki saylı Keyfəri Məhkəməsinin 102-ci şöbəsinə çağırılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button