Dünya

Lukaşenko Rusiyaya getdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfərə gedib.

Prezident təyyarəsinin uçuş anı “Pul Pervoqo”  telegram-kanalı vasitəsilə yayımlanıb.

Qeyd edək ki, bu, Belarus Prezidentinin seçkilərdən sonra ilk xarici səfəridir.

Onu da xatırladaq ki, Rusiya bir sıra Qərb dövlətlərindən fərqli olaraq qonşu ölkədə keçirilən səsvermənin nəticələrini qanuni sayıb. Belarus Prezidentinin Rusiyaya səfərindən əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin sentyabrın əvvəlində Minskə səfər edib.

Görüşdə iki ölkə arasında münasibətlərin və bir sıra digər məsələlərin müzakirə olunacağı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button