İran

İranda seçkilərdə sünnilərin iştirakına icazə verilməyəcək

İranda ayrı-seçkiliklərə görə, sünnət əhlinin seçkilərə qatılmayacaqları açıqlanıb. Məsələyə Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin İmam Cüməsi Mövlana Əbdül Həmid baxışını bildirib. O, fərdlərin səlahiyyətlərindən məhrum edilməsinin doğru olmadığını dilə gətirib. Mövlana Əbdül Həmid bu qərarın aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müraciət edib.
“Gəlin seçkiləri cinahlara bölməyək, seçkilərdə çeşidli nəzərləri və səliqələri olan fərdlərin prezident seçkilərinə qatılmalarına icazə verək. Şura və prezident seçkilərinə namizədlərin çoxunun səlahiyyətlərinin rədd edilməsi hökumətin öz ziyanınadır”, – deyə din xadimi bildirib.
Mövlana Əbdül Həmid sünnət əhlinin müşküllərinə də toxunub. O, sünnət əhlinin ölkənin qurumları və idarəçilik mərkəzlərində ortaqlıq etmələrinə icazə verilməməsini sərt qınayıb.
“Anayasada bu məsələ ancaq prezidentlikdə istisna olunub. Buna mane olanlar nəhayətdə məmləkətin dağılmasına səbəb olacaqlar. İran bütün iranlılarındır. Biz İranın ancaq bəlli bir qrupa, məzhəbə və teyfə aid olduğu düşüncəsini qəbul etmirik”, – deyə o əlavə edib.
Vurğulayaq ki, Mövlana Əbdül Həmid İran sünnülərinin adlım fərdlərindəndir. O, hökumətə qarşı narazılıqların artdığını deyərək, məsullardan İranın sünnət əhlinə qarşı tətbiq olunmuş ayrı-seçkiliyin aradan qaldırılmasını istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button