İran

Siyasi fəal Səba kürd Əfşari aclıq aksiyasına başlayıb

İranda qadın hüquqlarının müdafiəçisi, ölkənin sərt islami geyim qaydalarına etiraz etdiyinə görə məhbus edilmiş Səba Kürd Əfşari aclıq etisabına başlayıb. İlkin məlumatlara əsasən, fəal anasının tutuqlanmasına etiraz əlaməti olaraq bu addımı atıb. Bu barədə İnsan Haqları Fəallarının Xəbər Ajansı bilgi yayıb. Məlumata görə, 21 yaşlı fəal meyin 8-dən aclıq etisabına başlayıb. Məhbus mədə qanaxması keçirib, habelə onun koronavirusa yoluxduğu açıqlanıb.
Qeyd edək ki, Səba Kürd Əfşari Tehranın Qərçək qadın zindanında saxlanılır. O, 7 il yarım həbsə məhkum edilib. Onun anası Rahilə Əhmədi isə Tehrandakı Evin həbsxanasındadır.
Xatırladaq ki, Səba Kürd Əfşari 2019-cu ildə internetdə məcburi hicaba qarşı videosunu yayandan sonra həbs olunub. Fəala əvvəlcə 24 illik həbs cəzası verilib. Ona qarşı “fahişəliyin təbliğatı” və “milli əmniyyət əleyhinə çıxış” ittihamı irəli sürülüb. Ancaq onun cəza müddəti sonralar təcdidnəzər məhkəməsində azaldılıb.

Related Articles

Bir cavab yazın

Back to top button