
Onun sözlərinə görə, Tehranın Rusiya ilə əsas problemi bu ölkəni anlamamasıdır. “Biz Rusiya ilə münasibətlərimizi dünya haqqında yanlış təsəvvürə əsaslanaraq müəyyən etmişik.” – deyə o bildirib.
“Ukrayna müharibəsində müəyyən addım atsaq, Rusiyanın da İsraillə münasibətlərimizlə bağlı eyni addımı atacağını gözləməməliyik. Rusiya ilə strateji tərəfdaşlıq açıq gözlər və Rusiyanı dəqiq başa düşməklə davam etdirilməlidir.” – Cavad Zərif fikirlərinə əlavə edib.