İran

Məhəmmədrza Purməhəmmədi İranın Gürcüstandakı səfiri ilə videokonfrans keçirib

Şərqi Azərbaycan vilayətinin başçısı Məhəmmədrza Purməhəmmədi İranın Gürcüstandakı səfiri Əkbər Qasemi Əliabadi ilə videokonfərans keçirib. Vilayət başçısı görüşdə Culfa-Naxçıvan dəmir yolu xəttinin önəmindən danışıb. Onun sözlərinə görə, İrəvan və Tiflisə qədər uzanan bu dəmir yolu xəttini yenidən qurmaqla Qara dəniz və Avropa ölkələri ilə Gürcüstan üzərindən ilişki yaratmaq mümkün olacaq. Məhəmmədrza Purməhəmmədi İran-Gürcüstan ilgilərinə də diqqət çəkib. O, Gürcüstanla sıx iqtisadi və mədəni ilişkilərin olduğunu vurğulayıb. Habelə iki ölkə arasında ilişkilərin möhkəmləndirilməsi yönündə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, zəngin yeraltı və yerüstü sərvətlərə, qızıl mədənləri, böyük əkinçilik potensialı, eləcə də geniş iqtisadi imkanlara sahib olan Güney Azərbaycan bölgəsi uzun illərdir İran hökumətinə bağlı məmurlar və nizamilər tərəfindən talan edilir. Burada əldə olunan məhsulların qonşu ölkələrə sadir edilməsinə və dünya bazarlarına çıxarılmasına əngəllər yaradılır.

Related Articles

Bir cavab yazın

Back to top button