İran

Məhkəmə sisteminin başçısı etirazçıları hədələdi: “Sərt tədbirlər görüləcək”

İranın Məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhseni Ejeyi etiraz aksiyasına qoşulanları hədələyib və onlara qarşı sərt tədbirlər görüləcəyini deyib.

Ejeyi ərzaq qıtlığı və inflyasiyaya qarşı çıxanları “xalqın və cəmiyyətin hüzurunu pozmaq”da ittiham edib və onlara qarşı “qanuni” qabaqlayıcı tədbirlər görüləcəyini bildirib.

“Məhkəmə Sistemi bütün gücü ilə ərzaq məhsullarının dəfələrlə bahalaşdırılması yönündə verdiyi qərarla bağlı dövləti dəstəkləyir və bir daha onun köməkçisi olduğunu bildirir”-deyə, Möhseni Ejeyi qeyd edib.

Qeyd edək ki, İranda yalnız 6 sinif dini təhsili olan prezident İbrahim Rəisinin hökumətinin iqtisadi islahatlar adlandırdığı qərarların qəbul edilməsi ilə, demək olar ki, bütün növ zəruri ərzaq mallarının qiyməti dəfələrlə qalxıb.

Bu isə İranın əksər bölgələrində xalq etirazlarına rəvac verib.

Məhkəmə Sistemi, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi etirazçıları xarici ölkələrə və xaricdə fəaliyyət göstərən müxakif təşkilatlara bağlılıqda ittiham edərək onları “casus” və “itişaşçı” adlandırır.

Related Articles

Bir cavab yazın

Back to top button