İran

Mədəni fəal Saman Bidar həbs edilib

Azərbaycanlı mədəni fəal Saman Bidar həbs edilib. Belə ki, o, Ərdəbil zindanından qohumları ilə təmas tutaraq İttilaat İdarəsi tərəfindən tutuqlandığını bildirib. Ərdəbildə Azərbaycanın “Traktor” timinin liderlərindən olan Saman Bidar İttilaat İdarəsi tərəfindən tutuqlanaraq şəhərin mərkəzi zindanına aparılıb.
Həbsdə olan azərbaycanlı fəal Abbas Lisaninin teleqram kanalı Saman Bidarın bazar günü günortadan sonra saxlanıldığını açıqlayıb.
Məlumata görə, ona qarşı Ərdəbilin Ümumi və İnqilab Məhkəməsinin 9 saylı şöbəsi tərəfindən “rejimə qarşı təbliğat” ittihamı irəli sürülüb.
Qeyd edək ki, İranda əmniyyət qüvvələri həbsdə olan fəallara yaxınları ilə təmas tutmamaları üçün basqı edir.

Related Articles

Bir cavab yazın

Back to top button