İran

Məhəmməd Zibəxş: “Boeing 737-800” təyyarəsi ilə bağlı hesabat ictimaiyyətə açıqlanacaq”

İranın Hava Yolları Sazimanı 8 janviyə 2020-ci ildə Tehranda havaya qalxarkən vurulan Ukrainin “Boeing 737-800” uçağı ilə bağlı yeni açıqlama verib. Belə ki, qurumun sözçüsü Məhəmməd Zibəxşin sözlərinə görə, Ukrain uçağının vurulması barədə son rapor bu həftə ictimaiyyətə açıqlanacaq.
“Rapor Şikaqo Konvansionuna və Beynəlmiləl Hava Yolları Sazimanı İKAO-nun 14-cü anneksinə əsasən, Ukrain uçağı olayı ilə ilgili olan ölkələrə göndərilib. 4 ölkənin bu sənədlə ilgili nəzərlərini bildirməsi üçün 60 gün vaxt təyin edilib. Sənədə ümumi baxışın keçirilməsi üçün son tarix isə isfəndin 9-u idi”, – deyə saziman rəsmisi vurğulayıb.
İranın Hava Yolları Sazimanından verilən məlumata görə, raporla bağlı hər hansı fikir ayrılığına rast gəlinməyib. Son raporun ümumi şəkildə nəşr olunması gözlənilir. Məhəmməd Zibəxş onu da əlavə edib ki, sənəd tam olaraq fənni rapor karakteri daşıyır və nəşrində heç bir sansura yol verilməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button