İran

Məhəmmədrıza Purməhəmmədi “Tıraxtur”un qazandığı uğurlardan danışıb

“Tiraxtur” İran və Azərbaycanın qürurudur. Bu qeyrətli və çalışqan tim İranda milyonlarla insanın ürəyindədir”. Bu fikirləri Şərqi Azərbaycan ustandarı Məhəmmədriza Purməhəmmədi səsləndirib. O, “Tiraxtur” Fərhəngi, İdman və İqtisadi Başqahın müdirləri, oyunçuları və fənni kadrları ilə görüşüb. Ustandar “Tiraxtur”un İran və Asiyanın ən sevimli timi adını qazanmasından danışıb: “Əyalətin sakinləri adından bu başqahın bütün oyunçularını, məsullarını, özəlliklə öz sərmayəsindən gənclərin idmanı, sevinci üçün xərcləyən başqahın sayğılı başqanlarının çabalarını alqışlayıram. Qazanılmış bu uğurun böyük bir qismi başqahın gördüyü dəyərli işlərin, habelə “Tiraxtur” oyunçularının şücaətlərinin nəticəsidir. Timin müxtəlif milli və beynəlmiləl idman meydanlarında daha da parlayacağına ümid edirəm. “Tiraxtur” yalnız Azərbaycan üçün deyil, İran üçün də qüdrətli bir brend sayılır. Timə qarşı edilən həmlələr oyunçuları öz məqsədlərindən ayırmamalıdır”. Purməhəmmədi vurğulayıb ki, Azərbaycan ölkənin əsl mədəniyyət beşiyidir. Çağdaş İran bu barədə Azərbaycana borcludur. Qeyd edək ki, yığıncaqda iştirak edən “Tiraxtur” Fərhəngi, İdman və İqtisadi Başqahının amil müdiri Səyyah Xoyi timin gələcək bərnamələri ilə bağlı açıqlama verib. Purməhəmmədi görüşün sonunda “Traxtur”un baş mürəbbisi Məsud Şücaiyə, timin kapitanına və başqahın amil müdirinə xatirə hədiyyələri bağışlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button