Azərbaycanİran

Məhbus güneyli fəalın hüquqları pozulur

Evin zindanının 8-ci bölməsində saxlanılan güneyli milli fəal Əsgər Fərəcinin qanunla nəzərdə tutulmuş hüquqlarından istifadəsinə icazə verilmir.

Əsgər Fərəcinin 7 aydan çoxdur həbsdə olmasına baxmayaraq məzuniyyətə buraxılmaq barədə müraciətlərinə cavab verilmir.

Milli fəal Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq”, “qanunsuz və hökumətə qarşı olan GAMAC-a üzv olmaq”, “kitab nəşr edib yaymaqla hökumətə qarşı təbliğat aparmaq” və “ictimai rəyi çaşdırmaq üçün sosial mediada yalan məlumatlar yaymaq”da ittiham olunan Fərəci 17 il 4 ay həbs və 2 il sürgün cəzası məhkum edilib.

İlkin məhkəmənin hökmünə etiraz etdikdən sonra onun işinə yenidən baxılıb və cəzası 5 ilə endirilib.

Qeyd edək ki, Əsgər Fərəci bundan öncə azərbaycanlıların ermənilər tərəfindən soyqırımına və Qarabağın işğalına qarşı aksiya təşkil etdiyinə, Azərbaycana dəstək şüarları yazılmış plakat və afişalar çap etdiyinə görə həbs olunmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button