İran

Məktəblərə kimyəvi hücumların davam etməsi; 2 müəllim reanimasiya şöbəsinə köçürülüb

Bazar ertəsi, mayın 24-də Həmədan, Əlborz və Kürdüstan olmaq üzərə ən azı 3 əyalətdə qız məktəbləri kimyəvi hücumlara məruz qalıb və çox sayda öyrənci və müəllim reanimasiya şöbəsinə köçürülüb.

Müəllimlər Birliyinin Təşkilatlarının Koordinasiya Şurasının hesabatına əsasən, Kərəcdəki Fatimə Tibb Məktəbinə bu gün kimyəvi hücum nəticəsində bu məktəbin iki müəllimi Sarullah Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hengav təşkilatı ayrıca Sənəndəcdəki Nəsibə, Maidə və Məstur Ərdəlan qız məktəblərinə, və Merac və İsmət orta və liseylərinə kimyəvi hücumun edildiyini də bildirib.

Sosial şəbəkələrdə Həsən Abadda, Sənəndəcdə qızların zəhərlənməsinin videosu yayılıb. Bu videoda bəzi insanların tələbələri təcili yardıma çatdırdığı görünür.

Hengav hesabatına görə, Sənəndəcdə Həsənabad bölgəsində 20-dən çox öyrənci bugünkü hücumlar səbəbindən xəstəxanaya aparılıb.

Həmədanda qızlar məktəbinə kimyəvi hücumun videoları da yayımlanıb və Kərəcdəki Fatimə Tibb Məktəbi də bu gün qəsdən zəhərlənmənin hədəfinə çevrilib.

İranda qız məktəblərinə kimyəvi hücumlar təxminən 6 ay öncə başlayıb, lakin İran hökuməti bu hücumları təkzib edib və bunu tələbələrin “şuluqluğu” ilə əlaqələndirib.

Bu hücumlara cavab olaraq Müəllimlər Birliyinin Koordinasiya Şurası öz bəyanatında “əsasən qız məktəblərinə davamlı kimyəvi hücumlarla” mübarizə aparmaq üçün “mümkün qədər tez müstəqil və populyar məktəb mühafizə komitələri” təşkil etməyi təklif edib.

Related Articles

Bir cavab yazın

Back to top button