Dünya

Pentaqon: Nüvə silahlı bir İranla Yaxın Şərqdə heç bir problemin həlli asan olmayacaq

o deyib ki, Amerika prezidenti Co Bayden İranın atom proqramı ilə bağlı problemin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

Amerika Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi dekabrın 10-da jurnalistlərə açıqlamasında İranın bölgəyə qarşı nüvə təhdidindən, Vyanada aparılan atom danışııqları və Amerikanın İrana qarşı hərbi seçimindən söz açıb.

o deyib ki, Amerika prezidenti Co Bayden İranın atom proqramı ilə bağlı problemin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

O habelə qeyd edib: Prezident Bayden diplomatiyaya üstünlük verir, amma əgər Vyana danışıqları nəticəsiz olarsa, İrana qarşı başqa variantlar gündəmə gələcək.

Kirbinin sözlərinə görə, Amerikanın müdafiə naziri Lloyd Ostinin özü də dünən verdiyi açıqlamasında diplomatiyanın nəticə verəcəyinə ümidvar olduğunu, ancaq danışıqlar məğlubiyyətə uğrayacağı halda məsələnin həlli üçün digər seçimləri gözdən keçirəcəklərini vurğulayıb.

“Amerika prezidentinin qarşısında çoxlu seçimlər var və mən burada onlara toxunmaq, barəsində danışmaq və ya fikir söyləmək istəmirəm. Hesab edirik ki, atom silahlı bir İranla Yaxın Şərqdə heç bir problemin həlli asan olmayacaq”,-deyə o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button