İran

Mərənd əkinçilərinə zərərverici həşəratlar barədə xəbərdarlıq

Mərənd Vilayəti Cahad Kişavərzi Təşkilatının rəis müavini bölgədə buğda böcəyinin yayılması ilə bağlı əkinçilərə xəbərdarlıq edib. Əli Səyyadi əkinçiləri Cahad Kişavərzi mərkəzlərinə müraciət edib gərəkən səmmləri almağa çağırıb. Onun sözlərinə görə, Mərənd kəndlərində suvarılmayan buğda ilə arpa zəmilərinə uzmanlar tərəfindən baxış keçirilib. Bu zaman özəlliklə dağətəyi zəmilərdə buğda böcəyinin olması bəlli edilib. Səyyadi əkinçiləri zəmilərə tez-tez baxış keçirməyə çağırıb. Böcəklərin bəlli edilməsi durumunda Cahad Kişavərzi mərkəzlərinə bildirilməsini istəyib. Qurum məsulu vilayətin 1000 hektardan artıq zəmilərində bu kimi proseslərin başladılmasının gərəkliliyini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button