AzərbaycanBölgəCəmiyyətİranSiyasət

Mərəndli millət vəkili türklərin təhqir olunmasına qarşı kəskin etiraz bildirdi

Mahşəhr, Ümidiyyə və Həndicanı təmsil edən millət vəkili Əli Gülmuradi türkləri təhqir edən irqçi çıxış səsləndirib.

Aznews.tv xəbər verir ki, Ə.Gülmuradi öz çıxışında Ruhaninin milli ləyaqəti nəzərə almayaraq xarici qüvvələrin qarşısında geri oturacağı təqdirdə bu yol iranlıları Türküstana aparardı.

Güney Azərbaycanda yerləşən Mərənd şəhərini İran parlamentində təmsil edən Məhəmməd Həsənnejad öz həmkarının sarsaq çıxışına kəskin etiraz edib.

“Cənab Gülmuradi öz çıxışında bir məsələyə işarə etdi. Qeyd etdi ki, əgər cənab Ruhani milli ləyaqəti nəzərə almayaraq xarici qüvvələrin qarşısında geri otursaydı, bu yol bizi Türkistana aparardı. O bu sözlə türkləri vətənini satan və ləyaqətsiz kimi göstərmək istədi.

Ola bilsin ki, o, ədəbiyyat və tarixdən anlamır. Bilin ki, bu sözü Hafiz deyib. Şirazın Cənub-qərbində Kəbə və şimal-şərqin Türkisan olub. Yəni bu məsəl coğrafiya ilə bağlı olub. Hər məsəli hər yerdə çəkməzlər. Çox təəssüflər olsun ki, Teleradio Şirkətində də bu məsəldən istifadə olunur.

Türklər qeyrət simvoludur. Əgər Azərbaycan ordusu olmasaydı, sizin Həndican və Mahşəhrinizin hansı vəziyyətdə olacağı məlum deyildi.

Hələ bizim şəhid Bakirimizin cəsədi körfəz sularındadır. Biz türklər olmasaydıq, bəlli olmazdı ki, indi ruslar bu məmləkəti hansı vəziyyətə salmışdır?!

Bu məsələ bir dəfəlik öz həllini tapmalıdır. Əgər birisi səhv etsə və mən desəm ki, bu yol Loristana gedir, xoşunuza gələrdi?!”- deyə o bildirib.

Son olaraq M.Həsənnejad irqçi millət vəkilindən üzr istəməsini tələb edib.

Qeyd edək ki, xarici güclər tərəfindən zorla İranın başına gətirilən Pəhləvi və mollakratiya dönəmində türklərin kütləvi informasiyalar tərəfindən dövlət səviyyəsində təhqir olunması artıq adi mütəmadi xarakter daşıyır.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button