İran

Mərkəzi̇ əyalətdə dərman bi̇tki̇ləri̇ni̇n yığımı qadağan edi̇li̇b

Bu il yağıntıların azlığı və quraqlığın davam etməsinə görə Mərkəzi əyalət otlaqlarında dərman bitkilərinin yığımına qadağa qoyulub. Bu barədə ordibehiştin 11-də Mərkəzi Əyalətin Təbiət Qaynaqları Baş İdarəsinin müdiri məlumat yayıb. Əbdül Hüseyn Məhəmmədinin sözlərinə görə, əyalətdə 1 milyon 7 min hektar otlaq sahəsi var. Bunun 122 min hektarında dərman ilə sənaye bitkiləri yetişir. Buna görə də sözügedən bitkilərin yığımına və məhsulunun düzəldilməsinə mücəvviz verilməyəcək. Məhəmmədi bildirir ki, ötən il dərman bitkiləri yetişən 2 min 200 hektar ərazidə toxum əkini tərhi icra olunub. Bundan başqa, sözügedən dövrdə 2 min hektarlıq sahədən 7 yüz milyon tümən dəyərində 260 kilogirəm kitrə ilə Kasəni yığılıb. Bu miqdarda məhsulun çox hissəsi ölkə içərisində məsrəf olunub, qalan hissəsi isə Avropa ölkələrinə sadir edilib.

Related Articles

Bir cavab yazın

Back to top button