İran

Məşhəddə daha iki molla öldürüldü

İranın Məşhəd şəhərinin İmam Rza məqbərəsində 3 molla bıçaqlı şəxsin hücumuna məruz qalıb.

Məhəmməd Aslani və Möhsün Pakdamən adlı iki mollanın bıçaq zərbələri nəticəsində öldüyü, Məhəmmədsadıq Darayinin isə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir.

Məşhəd şəhərinin prokuroru Məhəmmədhüseyn Durudi hücümçu və onunla əməkdaşlıq edən dörd başqa şəxsin saxlanıldıqlarını bildirib.

Durudi qətlin təfərrüatı və hücumçunun kimliyi barədə məlumat vermədən onun xarici ölkə vətəndaşı olduğunu deyib.

Bununla yanaşı İran İnqilab keşikçiləri Korpusuna bağlı media qurumları qətl hadisəni törədən şəxsin 14 yaşlı yeniyetmə olduğunu yazıb və onun “xarici qüvvələrə bağlı” olduğunu iddia ediblər.

Bundan öncə aprelin 2-də İranın Çay Buyinşəhr bölgəsində Gülməhəmməd axund Pejman və Əbdülrəhman axund Xoca adlı dini təhsil alan iki cavan molla güllələnərək qətlə yetiriliblər.

Qeyd edək ki, bir müddət bundan öncə dini təhsil alan 20 yaşlı Hüseyn İsmayılpur tanınmış din xadimlərindən olan Nüsrət Fəxri Ləngərudini öldürdüyü üçün Rəşt şəhərində dar ağacından asılaraq edam edildi.

İnsan haqları təşkilatının araşdırmaları nəticəsində gənc ruhaninin tanınmış din xadimi tərəfindən dəfələrlə cinsi təcavüzə məruz qaldığı üçün qətl hadisəsinin baş verdiyi məlum oldu.

Bununla yanaşı oxşar ittihamlarla onlarla insan edam cəzasına məhkum olunmasına baxmayaraq, İran məhkəmə sistemi bu tipli qət hadisələrinə din xadimlərinin cinsi təcavüzlərinin səbəb olduğu barədə dəqiq açıqlama vermirlər.

Related Articles

Bir cavab yazın

Back to top button