İran

Məsləhət Şurasının üzvü: İranda seçkilər sifarişlidir və bəzi ölkələrdə keçirilən “gülünc” seçkilərin bir “modeli”dir

Aznews tv İranın Məsləhət Şurasının üzvünün sözlərinə istinadən xəbər verir ki, ölkədə seçkilərin keçirilmə qaydası tarix boyu “tapşırıqlı ” keçirilən seçkilərin “gülünc” doğurduğu ölkələrin “modeli”nə uyğundur.
Məcid Ənsari xordadın 13-də “Camaran” saytına müsahibəsində deyib: Negəhban Şurasının son addımı dövlətin cumhuriyyətinə, cəmiyyətin etimadına və ümidinə ölümcül zərbə endirdi. Bu dövlət millətin hakimiyyəti və azad seçkilər olmadan mənasızdır.”.
O habelə qeyd edib ki: “Nigəhban Şurasının bu hərəkəti və daha da pisi, namizədlərin yekun siyahısını açıqladıqdan sonra bunu tocih etməyə çalışması, bunlardan heç biri ictimai fikri qane etməyəcək. İslam Cumhuriyyəti belə idarə oluna bilməz”.
Ənsarinin sözlərinə görə, “bəzi ifratçı və radikal cərəyanlar, hansı ki bütövlükdə cumhuriyətə qarşı çıxırlar və nəzərinə heç bir dəyər vermirlər” siyasi cərəyanların iradları və tənqidləri qarşısında “təhqir etməyə, söyüş söyməyə və aşağılamağa başlayıblar”.

Related Articles

Bir cavab yazın

Back to top button