İran

Ərdəbildə çörəyin bahalaşması narazılıq səbəb olub

“İnsanların çoxu yavan çörək belə ala bilmir”
Son günlər bir çox yeyinti məhsulları ilə yanaşı gözlənilmədən çörəyin bahalaşması Ərdəbil əhalisi arasında nigaranlıq doğurub.
“Tasnimnews”un verdiyi bilgiyə görə, əyalətin məsulları çörəyin bahalaşacağı ilə bağlı xəbərləri şayiə adlandırsa da, mağazaların və çörəkxanaların bir çoxunda çörəyin qiyməti artıb.
Bundan öncə bahalaşmanı şayiə adlandıran məsullar məsələyə aydınlıq gətirməməsi isə əhali və çörəkçiləri arasında gərginliyin yaranmasına yol açıb.
Bahalaşma ilə bağlı Xəbər ajanslarına açıqlama verən yerli gənclərdən biri bahalaşmanı ictimai çətinliklərin dərinləşdirdiyini bildirib.
“Vətəndaşların maddi durumu günü-gündən pisləşir. İndiki vəziyyətdə əhalinin böyük qismi hətta yavan çörək almaöa qadir deyil. Belə bir durumda çörəyin qiymətinin bahalaşması vətəndaşların nigaranlığını daha da artırır”-deyə, o bildirib.
Adının çəkilməsini istəməyən gənc bildirib ki, ölkə məsulları hər gün yalan vədələr verirlər. Ancaq gerçəklik budur ki, vətəndaşların durumu daha da pisləşir.

Related Articles

Bir cavab yazın

Back to top button