İran

M.ORTAQUS: ABAN ETİRAZLARINDA TUTULAN ÜÇ MÜTTƏHİMİN EDAMI DAYANDIRILSIN

İran 1398-ci ilin aban etirazlarında tutulan üç müttəhəmin edamını dayandırmalıdır. Bu çağırışı Amerikanın Xarici İşlər Vəzirliyinin sözçüsü Morqan Ortaqus cümə axşamı edib. O, 98-ci ilin aban etirazlarında tutulan üç müttəhəmin edam edilməsini qınayıb.
Son günlərdə İranın Ali Məhkəməsində üç müttəhəmin ölüm hökmünün təyid edilməsi barədə bilgilər yayılıb. Onların vəkilləri, müvəkkillərinin pərvəndələri ilə tanış olmaq imkanlarının olmadığını bildirib.
Morqan Orteqas yazdığı tuitdə qeyd edib ki, Amerika Əmir Hüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbiyə ölüm hökmü verilməsini sərt şəkildə pisləyir.
Amerikanın Xarici İşlər Vəzirliyinin sözçüsü habelə deyib: “Yayılan bilgilər göstərir ki, etirazçılar döyülüb, vəkil tutmalarına icazə verilməyib və basqı altında yalan etiraflar alınıb. İran höküməti insan haqlarına ehtiram etməli və bu edamları dayandırmalıdır”-deyə vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button