İran

BİR QRUP FƏRMANDEHLƏR İRAQ TƏRƏFİNDƏN TUTUQLANDILAR

“Reuters” ajansı İraqın dövlət məqamlarına istinadla xəbər verir ki, Bağdadın güneyində yerləşən İran tərəfdarları Hizbullahın “Kətaeb” silahlı qrupunun qərargahına həmlə edib. Bundan başqa, bir neçə raketi ələ keçirib və bu qrupun üç fərmandehini yerindəcə tutublar.
Tutulan fərmandehlərdən biri də iranlıdır. İraq məqamlarının məlumatına görə, bu həmlədə ən az 20 döyüşçü də tutuqlanıb.
Bu həmlə İraqın anti-teror servisinin xüsusi qüvvələri tərəfindən gerçəkləşdirilib.
İran və Hizbullahın “Kətaeb” qrupu hələlik bu məsələyə fikir bildirməyiblər. Amerika məqamları isə Hizbullahın “Kətaeb” silahlı qrupunu Amerikanın İraqdakı mövqelərinə raket həmlələrində günahlandırıblar.
Hadisə İranın himayət etdiyi bir yaraqlı qrupa qarşı son illərdə edilən ən şiddətli həmlələrdən biri olub. İranın himayət etdiyi yaraqlı qüvvələr İraqda böyük nizami, siyasi və iqtisadi gücə sahibdirlər.

Related Articles

Bir cavab yazın

Back to top button