İran

Mahmud Əhmədinejad İrandaki vəziyyəti şərh edib

“İran ictimaiyyətinin hakimiyyətin siyasətindən narazılıq səviyyəsi görünməmiş həddə çatıb”.
Bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, ölkədəki ümumi narazılığın səviyyəsini bəlli etmək üçün küçəyə çıxmaq kifayətdir. Məlumata görə, İrandakı gərginlik bu günə qədər heç bir yerdə görünməyib. Keçmiş prezident bildirib ki, ölkədə Tehran rejimə qarşı çıxış edənlərin hamısı “inqilab düşməni” adlandırılır.
“Bu gün artıq bütün xalq etiraz edir. Məgər onların hər biri inqilab düşmənidir?” – deyə Mahmud Əhmədinejad vurğulayıb. O bildirib ki, əslində, inqilabın əleyhinə olanlar hakimiyyətdə ola-ola öz vəzifələrini yerinə yetirməyənlərdir.
Qeyd edək ki, Mahmud Əhmədinejad İrana 2005-2013-cü illərdə prezidentlik edib.

 

 

 

 

Related Articles

Bir cavab yazın

Back to top button