Dünya

Makkenzi: “İran orta şərq üçün ən böyük təhdiddir”

“İran rejimi Orta Doğuda əmniyət üçün ən böyük təhdiddir”. Bunu mey ayının 11-də “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində “CENTCOM”-ın Baş Qərargah rəisi, jeneral Frank Makkenzi bildirib. Jeneral İran rejiminin birbaşa və ya yaraqlılar vasitəsilə genişmiqyaslı zərərli fəaliyyətini davam etdirdiyini söyləyib. O, Tehran rejimi ilə bölgədəki niyabəti qüvvələrin davamlı zərərli fəaliyyətlərinə baxmayaraq, Vaşinqtonun İranla savaş istəmədiyini vurğulayıb. “CENTCOM” məsulu müsahibəsində Viyən danışıqlarından da söz açıb. “Bizim istəyimiz iranlıların uluslararası birliyə məsuliyyətlə qayıtmasıdır. Diplomatik danışıqların pozulması İranın xeyrinə deyil”,-deyə Frank Makkenzi qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button