İran

Makuda koronavirusla ilgili son durum

“Son üç həftədə Makuda koronavirusa tutulanların sayı artıb. Tutulmanın kəskin artması ilə bu məntəqədə qırmızı vəziyyət elan olunub. Bu artımın davam etməsi qarşısıalınmaz problemlərə səbəb ola bilər”. Bu fikirləri Qərbi Azərbaycan ustanının Maku şəhər Sağlıq Şəbəkəsinin müdiri Rəhim Səmədi deyib.“Təəssüf ki, burada ölənlərin sayı yeni dalğanın yaranmasına qədər dörd dəfə artıb. Şəhərdəki mərizxanada yerlər artıq dolub. Hətta bəzi mərizlər Ay SI YU-ya qəbul üçün növbədə gözləyirlər.
Bu nigaranedici artımın meydana gəlməsinin amilləri sırasında Covid-19 mərizliyinin ciddiyə alınmaması, fərdi qoruyucu vasitələrdən istifadənin azalması, insanlar üçün vəziyyətin adiləşməsini qeyd etmək olar”,-deyə o, bildirib. Rəhim Səmədi virusa tutulma əlamətləri olmayan mərizləri toplu və izdihamlı yerlərə getməkdən çəkinməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button