DünyaMədəniyyət və incəsənət

Malayziyada su üzərində inşa edilən möhtəşəm məscid

"Terapung" adlı üzən məscid 2014-cü ildə Malayziyanın Penanq adasında tikilib. Məscid "Tanjung Bungah" sahilində yerləşir və şimali afrikalıların dizaynı əsasında möhtəşəm memarlıq əsəri hesab edilir.

Dünyanın ən gözəl məscidlərindən biri olan üzən məscid ölkədə su üzərində inşa edilmiş və turistik yerə çevrilən ilk məscid sayılır. 1295 kvadrat metr sahəsi olan məscidin başqa bir memarlıq özəlliyi sayılan 7 mərtəbəli hündür minarəsi də var.

Məscid İslam və Malayziya memarlığı əsasında tikilib. 1500 nəfərin eyni vaxtda namaz qıla biləcəyi bu məscidin, habelə 250 maşınlıq parkinqi də mövcuddur. Məscidə daxil olmaq üçün müəyyən orqanlardan icazə almaq lazımdır. Məscidə ayaqqabı ilə girmək olmaz və uyğun geyimdə olmaq lazımdır.

Related Articles

Bir cavab yazın

Back to top button