İran

Ərdəbildə koronavirus qurbanlarının sayı daha 26 nəfər artıb

Ərdəbildə koronavirusla bağlı son durum açıqlanıb. Belə ki, ötən bir gündə daha 26 nəfər koronavirusa yoluxub, 2 nəfər isə həyatını itirib. Məsələ ilə bağlı Ərdəbil Tibb Elmləri Danişqahının rəisi Şəhram Həbibzadə açıqlama verib. Məlumata görə, durumu yaxşılaşmış daha 21 nəfər evə buraxılıb. Ümumilikdə 160 nəfər mərizxanaya yerləşdirilib, 45 nəfər isə ICU bölməsində müalicə alır. Sağlıq Vəzirliyindən bildirilib ki, Ərdəbil, Xiyav, Xalxal, Parsabad sarı, Biləsuvar, Səreyn, Nəmin, Nir, Germi, Kovsər və Aslandüz şəhərləri isə göy məntəqə hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button