İran

Marağada almanın i̇xracatı i̇lə bağlı problemlər var

Marağa vilayəti alma yetişdirilməsi ilə bağlı önəmli bölgələrdən biri kimi tanınır. Bu il Marağada ümumilikdə 300 min ton alma yetişdirilib. Bu da yüzdə 25 artım olduğunu göstərir. Ancaq almanın ölkə xaricinə sadiratı ilə bağlı müşküllər həllini tapmayıb. Sadiratla ilgili problemlərin həll edilməməsi iş sahiblərinə ciddi ziyan vura bilər. Məhsulun qablaşdırılmasının əlverişsizliyi, daşıma və gömrük xərclərinin yüksəkliyi, gömrüklərin bağlı olması, bağçılara və sadir edənlərə təshilatın ödənilməməsi əsas müşküllər sırasındadır. Marağa Vilayəti Cahad Kişavərzi Sazimanın müdiri İsmayıl Kərimi məsələyə münasibət bildirib. Onun sözlərinə görə, dey ayının ikinci yarısından alma sadiratına başlanılıb. Marağadan gündəlik 300-400 ton məhsul sadir olunur. Daha çox Rusiya, Hindistan, İmarat, İraq, Pakistan və Orta Asiya ölkələrinə sadirat edilir. Ötən illərdə Marağa almasının yüzdə 35-i sadir edilib. Bu il isə anbarlarda saxlanılan almaların ancaq yüzdə 15-i sadir olunub. Kərimi sadiratın gecikməsi səbəbilə 150 min ton məhsulun soyuducu anbarlarda saxlanıldığını bildirib. Qeyd edək ki, İran alma sadiratı üzrə dünyada altıncı yerdədir. Bu məhsulun vaxtında sadir olunmaması xarici bazardakı mövqelərin itirilməsinə gətirib çıxaracaq.

Related Articles

Bir cavab yazın

Back to top button