İran

Marağada qırmızı ət bahalaşıb

Nəzarət və baha satışa qarşı işlər görülmədiyinə görə hər 1 kilogirəm qırmızı ətin qiyməti, Marağa qəssablarının çoxunda 160 min tümənə satılır. Qəssablar bildirir ki, bu qiymətə satılan ət ən keyfiyyətlidir.

Ət satan mağazalar bildirir ki, Marağada ətin nırxının təyini davarın növü və ətin keyfiyyətindən asılıdır və onlara İttihadiyə tərəfidən heç bir nırx bildirilmir. Ölkədə  qırmızı ətin ən baha satışı Marağada olunur və heyvan becərdənlər diri davarlarının satılmadığndan gileylənirlər. Qoyun becərdənlər 7 ay yemlərini təmin etdikləri diri qoyunun hər bir kilosunu çətinliklə 50-60 min tümənə sata bilir. Təzirat və nəzarət mütəxəssislərinin bildirir ki, hər 1 kilogirəm ən keyfiyyətli quzu ətinin gerçək qiyməti 120-130 min tüməndir.

Nəzarət olunmadığına görə əhalinin şikayəti artması ilə Marağanın Təzirat İdarəsi qırmızı ətin baha satılması məsələsinə girişib və bu şəhərdə ətin baha satışına qarşı mübarizə edirlər.

Belə bir durumda uzmanlar düşünür ki, yeni dövlətin üstün tutduğu məsələ millətin məişətinin yaxışladırılması olmalı və bu sahədə tədbirlər düşünülməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button