Azərbaycan

İranda həbs olunmuş 2 Naxçıvan sakini sərbəst buraxılıb

Bu ilin mart ayında İranda saxlanılan Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidov sərbəst buraxılıblar.

Onlar ötən gün 5 ay saxlanıldıqları həbsxanadan buraxılıb və Vətənə qayıdıblar.

Qeyd edək ki, mart ayının 21-də bu ölkəyə Türkiyənin Doğu Bəyazid ərazisindən keçən soydaşlarımız elə həmin gün orada həbs olunmuşdular.

Əvvəlcə Poldəşt şəhərində həbs olunan Vüsal və Rövşən daha sonra Maku şəhərinə aparılaraq orada İran təhlükəsizlik orqanlarının zindanında saxlanılıblar.

Məhkəmənin qərarı ilə Vüsala 4 ay, Rövşənə isə 6 ay həbs verilib. 4 aylıq həbs müddəti bitdiyinə görə sərbəst buraxılmalı olan Vüsal Quliyev məhkəmədən sonra İran təhlükəsizlik orqanları tərəfindən yenidən həbs olunmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button